Ermənistanın daha iki hərbçisi öldürülüb –

Adları açıqlandı
14 İyul 2020 - 18:34

Ermənistan Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə itkilərini etiraf etməyə davam edir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan daha iki erməni hərbçinin öldüyünü açıqlayıb. Kiçik serjant Smbat Qabrielyan və kiçik serjant Qrişa Matevosyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən döyüşdə məhv edilib.

Bundan əvvəl bir mayor və bir kapitanın döyüşdə öldürüldüyünü açıqlanıb.