“Ermənistan öz addımlarına nə qədər tez düzəliş etsə, bu, sülh prosesinə o qədər fayda verəcək”- Azərbaycan XİN

Ermənistan öz addımlarına nə qədər tez düzəliş etsə, bu, sülh prosesinə o qədər fayda verəcək. Onun qeyri-konstruktiv yanaşmasını hazırda da müşahidə edirik. Ötən ilin sonunda Laçın yolunda olan hadisələrlə bağlı da qeyri-konstruktiv yanaşmanın şahidi oluruq.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə fevralın 28-də keçirdiyi birgə mətbuat konfransında danışıb.

Nazir qeyd edib ki, Ermənistan bu yolda qeyri-qanuni əməllər törədib. Görürük ki, yüksək siyasi rəhbərlik səviyyəsində onlar bütün məsuliyyəti Rusiyanın və Azərbaycanın üzərinə qoymaq istəyirlər. Biz üçtərəfli Bəyanatın tələblərinin yerinə yetiriləcəyinə inanırıq.

Əvvəlki məqalə

“Alma-Ata sənədində dövlətlərin sərhədləri ilə bağlı yazılanlara daha nəyi əlavə edəcəyimi bilmirəm”

Sonrakı məqalə

“Finlandiya və İsveçin NATO-ya qoşulması əsas prioritetimizdir”