Ermənistan, Qazaxıstan Rusiyadan edilən bank ödənişlərini bloklamağa başlayıb

Ermənistan, Qazaxıstan və Honq-Konq bankları sanksiya riskinə görə, Rusiyadan hüquqi şəxslər üçün server, mikrosxem, prosessor, telekommunikasiya avadanlıqları və digər elektronika üçün edilən ödənişləri bloklamağa başlayıb.

Azpost.info bildirir ki, bu barədə “Kommersant” qəzeti öz mənbələrinə istinadən məlumat verib.

Təchizatçılar elektronikanı digər əmtəə kodları ilə idxal etməyə çalışır, həmçinin alternativ ödəniş üsulları axtarırlar. Ekspertlər ehtiyat edirlər ki, dost ölkələrin ixraca nəzarəti gücləndirməsi Rusiyada altı ay ərzində belə məhsulların qıtlığına səbəb ola bilər.

“Kommersant”ın elektronika bazarındakı mənbələri bildiriblər ki, son iki həftə ərzində Qazaxıstan, Ermənistan və Honq-Konq banklarının Rusiyanın hüquqi şəxslərinin ödənişlərini blokladığı hallarla daha çox rastlaşırlar. Bura prosessorlar, mikrosxemlər və s.-lə bağlı ödənişlər daxildir.

“Kommersant” mənbəsi deyib ki, yaranmış vəziyyət Rusiya ilə əməkdaşlıq edən bankları təhdid edən ABŞ sanksiyalarının onuncu paketinin tətbiqi ilə bağlıdır.

Nəticədə Rusiya şirkətləri kompüterlərin, serverlərin, məlumatların saxlanması sistemlərinin (SHD) və digər avadanlıqların istehsalı üçün lazım olan komponentləri “alternativ” TN VED kodları il  və ya  avadanlığı bütöv yığım kompleksində idxal etməli olacaq.

Hökumətə yaxın başqa bir mənbə “Kommersant”a deyib ki, ödənişlərin bloklanması həm də ən son nəsil telekommunikasiya avadanlığının, eləcə də saxlama sistemləri və serverlərin tədarükünə tətbiq olunur.

Sənaye və Ticarət Nazirliyi “Kommersant”ın bununla bağlı sualına cavab verməyib.

Azpost.info

 

Əvvəlki məqalə

“Ukraynanın əks-hucumu sürpriz olmadı…” –

Sonrakı məqalə

“Türk lirəsinin ucuzlaşması qaçılmaz idi…” –