“Ermənistanın təxribatı üçüncü ölkələri münaqişəyə cəlb etmək məqsədi güdür”- Elmar Məmmədyarov

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən ciddi narazılığını bildirib, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.

APA-nın xəbərinə görə, bu barədə E.Məmmədyarov ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə telefon söhbətləri zamanı bildirib.

E.Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bizim işimiz haqq işidir, Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq” –

Sonrakı məqalə

“Ermənistan əsgərləri bir santimetr belə, Azərbaycan torpağına keçə bilməyib” –