Ərzaq birjalarında şəkərin qiyməti kəskin ucuzlaşıb

white sugar in wood spoon on wood table

Dünya bazarında tələbatın azalması fonunda şəkərin qiyməti 2020-ci ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.

Azpost.info bildirir ki, Financial Times qəzetinin məlumatına görə, London ICE birjasında təmizlənməmiş şəkər fyuçersləri funt başına 0,14 dollara düşüb. Nəşr bu enişin səbəbi kimi arıqlama dərmanlarının artan populyarlığını göstərir.

Bunlar toxluq hissini artıran GLP-1 əsaslı inyeksiya dərmanlarıdır. Bu aktiv tərkib hissəsi Novo Nordisk-in Ozempic və Wegovy, eləcə də Eli Lilly-nin Mounjaro və Zepbound dərmanlarında istifadə olunur. FT-yə görə, bu dərmanlar xüsusilə ABŞ-da populyardır.

Britaniyanın maliyyə xidmətləri şirkəti Marex şəkər istehlakının azalma sürətinin sənayeni təəccübləndirdiyini bildirib. Analitiklər qeyd edirlər ki, tələbat məhdud seqmentlərdə cəmləşdiyindən şəkər bazarı istehlakçı davranışındakı dəyişikliklərə həssasdır.

Bu arada, qlobal şəkər istehsalı, o cümlədən Braziliya və Hindistanda yüksək olaraq qalır. Böyük istehsalçılar istehsalda heç bir əhəmiyyətli azalma elan etməyiblər. Mütəxəssislər həmçinin qeyd edirlər ki, şəkər qamışı becərilməsi böyük investisiyalar və uzun istehsal dövrləri tələb edir. Bəzi fermerlər dövlət dəstəyi sayəsində qiymət dalğalanmalarından qorunurlar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.