Fazil Mustafa yenidən Böyük Quruluş Partiyasının başqanı seçilib

15 İyul 2020 - 13:27

Bu gün Böyük Quruluş Partiyasının onlayn formatda VI Qurultayı keçirilib.

APA-nın məlumatına görə, bu barədə partiyanın başqanı Fazil Mustafa bildirib.

O qeyd edib ki, qurultayda yenidən partiyanın başqanı vəzifəsinə seçilib.

Partiya başqanı göstərilən etimada görə bütün partiya üzvlərinə təşəkkür edib.