FETÖ-nün Azərbaycan üzrə cavabdeh şəxsi hakim qarşısına çıxarılıb

Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Türkiyəyə gətirilən FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan Mehmet Cintosun həbs olunub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Mehmet Cintosun bu gün hakim qarşısına çıxarılıb.

Xatırladaq ki, M. Cintosun, 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda rəhbər şəxs kimi fəaliyyət göstərib.

Cintosun, 2014-cü ildə Türkiyəyə qayıdıb və 2016-cı il 15 iyul çevrilişə cəhddən sonra Türkiyədən qaçıb.

Əvvəlki məqalə

lham Əliyev və Mehriban Əliyeva Neftçalada məktəbin açılışında iştirak ediblər

Sonrakı məqalə

“Münaqişəni həll etməyin yolu Rusiya qoşunlarının Donbas və Krımdan çıxarılmasıdır”