Gənc şair Həsən Kürün həyatı üçün təhlükə aradan qalxıb –Palataya köçürülüb /FOTO

Həsən Kür
Həsən Kür
Gənc şair Həsən Kürün həyatı üçün təhlükə aradan qalxıb
Təxminən 20 gün əvvəl ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilən gənc şair Həsən Kürün həyatı üçün yaranmış təhlükə aradan qalxıb.
AzPost bildirir ki, bu barədə TƏBİB açıqlama verib.
Tibb müəssisəsinin Cərrahi profilli reanimasiya şöbəsində uzun müddət süni tənəffüs aparatında müalicəsi davam etdirilən Həsən Kürün səhhətində həkimlərin səyləri nəticəsində müsbət dinamika müşahidə olunub və o, bu gün palataya köçürülüb.
Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə zəruri tibbi yardımlar alan H.Kür bundan sonra Travmatologiya şöbəsində müalicəsini davam etdirəcək. Onun yaxın günlərdə sol ayağından əməliyyat olunması nəzərdə tutulur.
Daimi müşahidə altında olan H.Kürün vəziyyəti stabil qiymətləndirilir.
 Qeyd edək ki, qazi olan gənc şair intihara cəhd edib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.