Gömrük Komitəsi büdcəyə rekord məbləğdə pul daxil edib - 4 milyard manat hardan yığılıb? (RƏQƏMLƏR)
2019-cu ilin yanvar-dekabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 402,284 milyon manat məbləğində vergi və rüsum daxil olub.
Bu da 23 aprel 2018-ci il tarixində Prezidentin DGK-dakı rəisi dəyişməsindən sonra (əvvəl Aydın Əliyev idi) 1,78 dəfə daha çox artım olması deməkdir. Eləcə də 2019-cu ilin 12 ayı üzrə Azərbaycan tarixində ən böyük vəsaitin daxil olduğu bir rəqəmlə yadda qalır.
Azpost.info bildirir ki, bu barədə banker.az DGK-ya istinadən məlumat verir
Məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə 221,30 milyon manat (2,2 dəfə ) çox olub.
Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının məbləği ötən ilin analoji ayı ilə müqayisədə 54,95 milyon manat və yaxud 2 dəfə artaraq 110,65 milyon manat olub.
Həmçinin aksizlər üzrə daxilolmaların məbləği 14,2 milyon manat və yaxud 4,95 dəfə artaraq 18,78 milyon manat, ƏDV üzrə daxilolmaların məbləği 151,99 milyon manat və yaxud 2,3 dəfə artaraq 269 milyon manat, yol vergisi üzrə daxilolmaların məbləği isə 215 min manat və yaxud 5,9% artaraq 3 milyard 855 milyon manat təşkil edib.
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...