Goranboyda 30 min manatlıq oğurluq edən, evi yandıran şəxs tutulub

Goranboyda bir il əvvəl evdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 26-da Goranboy rayonunun Xanqərvənd kəndindəki evlərin birindən 17.000 dollar, 550 avro pul və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda və həmin evi yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əvvəlki məqalə

“Makronun Ukrayna üzrə “sülh planı” Avropanın birliyini poza bilər”

Sonrakı məqalə

Kardiologiya Cəmiyyətinin sədri ölkədə adamların nədən öldüyünü açıqladı