Göygöldə baş vermiş avtoqəza zamanı ölən şəxsin və xəsarət alanlardan birinin kimliyi müəyyən edilib. APA-nın qərb bürosunun məlumatına görə, yol qəzası nəticəsində 1984-cü il təvəllüdlü Orucova Aidə Telman qızı dünyasını dəyişib. 1986-cı il təvəllüdlü Həsənova Südabə Lətif qızı və 2013-cü il təvəllüdlü Orucova Fatimə Natıq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
*** Saat 23:06 Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Qəza zamanı "Ford" markalı kiçiktutumlu yük maşını "ZİL" markalı yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfərin də xəsarət aldığı bildirilir. Təfərrüatlar araşdırılır.