“İyunun 15-dən Gürcüstanda daxili turizm xidmətlərinin göstərilməsinə başlanılacaq”. “Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib. O deyib ki, ölkə iyulun 1-dən etibarən xarici turistləri qəbul etməyə hazır olacaq: “Biz qonşu ölkələrlə quru sərhədlərdə təhlükəsiz dəhlizlər yaradacağıq. Bu istiqamətdə danışıqlar artıq başlayıb”.