Gürcüstan un idxalına rüsum tətbiq edib

Gürcüstan hökuməti iyunun 10-dan un idxalına rüsum tətbiq edib.

Bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

Bildirilib ki, hökumətin bununla bağlı qərarı iyunun 12-dən qüvvəyə minəcək və noyabrın 1-dək qüvvədə olacaq.

Qərara əsasən, ölkəyə 200 kiloqramdan çox gətirilən hər bir kq un üçün 20 tetri rüsum tətbiq olunacaq ki, bu da hər ton üçün 200 lari təşkil edir. Həmin rüsum biznes və sahibkarlar tərəfindən də tələb edilib. Lakin rüsumun tətbiqi ölkədə çörəyin qiymətinin artmasına səbəb olmayacaq.

Bildirilib ki, ölkədə son iki ildə yerli buğda istehsalı 60 faiz artıb və bu dinamikanın gələcəkdə də qorunub saxlanacağına ümid var. (Azərtac)

Əvvəlki məqalə

Kanada Rusiyanın müsadirə olunan təyyarəsini Ukraynaya verəcək

Sonrakı məqalə

“Təqsirli bilinsəm də, prezidentlik mübarizəsindən imtina etməyəcəyəm” –