Gürcüstanda fövqəladə vəziyyət rejimi mayın 23-də başa çatacaq. “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı ölkə prezidenti fərman imzalayıb. Fərmana əsasən, ölkə ərazisində fövqəladə vəziyyət və komendant saatı mayın 22-də də qüvvədə olacaq. Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə komendant saatı daxil olmaqla fövqəladə vəziyyətin müddəti uzadılmayacaq.