Həbib Nurməhəmmədovun atası koronavirusa yoluxdu - Vəziyyəti ağırdır
Bir müddət öncə xəstəxanaya yerləşdirilən Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusa yoluxub.
Bu barədə idmançı özünün “Instagram” hesabında məlumat verib.
Hazırda, Həbib Nurməhəmmədovun atası Moskvadakı xəstəxanalardan birində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir. Əvvəlcə pnevmoniya ilə xəstəxanaya yerləşdirilib, lakin sonradan bir həftə komada qalıb. Hazırda idmançının atası süni nəfəs aparatına qoşulub.
“Atam hazırda xəstəxanadadır, vəziyyəti çox ağırdır. Bu virusun fonunda ürək problemləri də yaranıb. Bir il əvvəl ürəyindən əməliyyat olunmuşdu və indi yenidən əməliyyat olundu. Odur ki, onun səhhəti çox ağırdır”-deyə, Həbib Nurməhəmmədov bildirib. (Report)
Əlaqəli xəbərlər
-
Zelenski Krım körpüsünün tam dağıdılmasını istəyir - Ukrayna yeni hücum hazırlayır
-
İran 3 yeni mini PUA-larını təqdim etdi -FOTO
-
Şimali Koreya Rusiyaya hərbi dəstəyi dayandırdı - Kim Çen In Putinə niyə narazıdır?
-
Ukraynanın dəniz hücumları Avropada narazılıq yaratdı – İtaliya və Almaniyadan xəbərdarlıq
Növbəti xəbər yüklənir...