“Heykəl başqa formada olsaydı, onu da tənqid edəcəkdilər” –Mədəniyyət naziri

“Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı”.

Bunu mədəniyyət naziri Anar Kərimov açıqlamasında deyib.

A.Kərimov bildirib ki, Zeynalabdin Tağıyevin heykəli açıq müsabiqə yolu ilə hazırlanıb: “Açıq müsabiqədə bir çox layihə eskizləri təqdim edilmişdi. Ekspert komissiya seçimlərində çox səslə hazırkı əsər qalib gəlmişdi. Tənqidlərə gəldikdə isə tənqid hər zaman var. Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı. Ona görə də biz çalışmalıyıq ki, hər tərəfin mövqeyini nəzərə alaq”.

Nazir özü heykəli bəyəndiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazarbayevin Təhlükəsizlik Şurasının ömürlük sədri statusu ləğv olundu

Sonrakı məqalə

“30 ildir məni ittiham edirlər ki, adamları tankın qabağına çıxarmışam” –