Hindistan və Çin ordusu arasında toqquşma yaşanıb.  Toqquşma Hindistanın Çinlə sərhədində yaşanıb. Hindistan Müdafiə Nazirliyiçıqlamada, ölkənin şimal-şərq sərhədində Çin sərhədçiləri ilə qısa müddətli atışma yaşandığı bildirilib. Açıqlamada, ümumilikdə 11 əsgərin yaralandığı, bunlardan 4-nün Hindistan hərbçisi, 7-sinin isə Çin əsgərləri olduğu qeyd edilib. Tərəflər arasındakı danışıqlardan sonra, atışma dayandırılıb. Hindistan Müdafiə Nazirliyi, Nakula bölgəsində baş vermiş bu olayın səbəblərini açıqlamayıb. (Avropa.info)