Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın söndürülüb. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib. O deyib ki, ilkin məlumatlara görə, 100 ha ərazidə quru ağac və kol-kos yanıb.