Hollandiya Kral Hava Yolları İran və İraq üzərindən uçuşlar həyata keçirməyəcəyini açıqlayıb. “Report” “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb İranın Ukrayna təyyarəsini vurmasıdır. Aviaşirkətdən bildirilib ki, “Air France-KLM”in törəmə şirkəti olan KLM təhlükəsizlik səbəblərinə görə İran və İraq hava sahələrinə girməyəcək. Vurğulanıb ki, KLM-in həmin bölgədəki sonuncu reysi insidentdən bir saat öncə baş tutub.