İlham Əliyev Davosda seçkilərdən danışdı, "yeni adamlar lazımdır" dedi: “Parlament islahatların vacib hissəsi olacaq”
“2019-cu il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələri üzrə formalaşdırılacaq Azərbaycan parlamentinin yeni tərkibi ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm hissəsi olacaq”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Yaxın aylarda əhaliyə etimad etdikləri şəxsləri seçmək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra isə parlament islahatların vacib hissəsi olacaq”, - Əliyev çərşənbə günü Davosda “Strateji baxış: Avrasiya” mövzusunda konfransda bildirib.
Prezident qeyd edib ki, Azərbaycan qonşu ölkələr barəsində dostluq siyasəti yürüdür, “lakin milli maraqlar hər şeydən üstündür”: “Biz siyasi-iqtisadi sahədə ciddi islahatlar aparmağa müvəffəq olduq. Nailiyyətlərimiz Ümumdünya İqtisadi Forumun qiymətləndirilməsi və Davos İqtisadi Forumun işində öz əksini tapıb. İnfrastruktur, yolların keyfiyyəti sahələrində bir çox nailiyyətlər əldə etdik, bu göstərici üzrə dünyada 27-ci yerdəyik”, - prezident vrğulayıb.
Əliyev əlavə edib ki, həyata keçirilən islahatlar çərçivəsində hökumətin tərkibi yenilənib. “Hökumətdə yeni adamlar var. Onlar yüksək səviyyədə təhsil almış və müsir dünyagörüşləri olan gənclərdir. Mən dəfələrlə demişəm ki, 21-ci əsrdə uğur qazanmaq yalnız 20-ci əsrin baxışlarına riayət etmədən mümkündür. Bu səbəbdən, nəinki hökumətdə, həm də prezident Administrasiyasında yeni adamlar lazımdır. Burada da böyük dəyişikliklər baş verib”, - Azərbaycan prezidenti bildirib.
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...