İpoteka kreditli üçün müraciətlərin qəbulu başlanır
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır.
Bu barədə Fonddan bildirilib.
Qeyd edilib ki, adi ipoteka kreditləri üzrə vətəndaşlardan müraciətlərin qəbuluna 5 mart 2026-cı il tarixində saat 11:00-dan etibarən başlanılacaq. Güzəştli ipoteka kreditləri üzrə isə müraciət qəbulu 6 mart 2026-cı il tarixində saat 11:00-dan etibarən baş tutacaq.
Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət” sistemi (www.e-gov.az) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcəkdir.
Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinədək elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.
İpoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin “Elektron hökumət” portalının və “mygov” platformasının müvafiq bölmələrində yerləşdirilib.
Əlaqəli xəbərlər
-
Dəmir yolu tikən şirkət Neftçalada balıq zavodu aldı - 10 milyon manat yatıracaq, sahibi kimdir?
-
Türkiyə Rusiyadan daha 3 il qaz alacaq – Yeni razılaşma imzalandı
-
Şirkətin pullarını oğurlayıb “TikTok”da hədiyyələrə xərclədi - Həbs olundu
-
Əmlak bazarında 30-40%-lik qiymət uçurumu niyə yaranıb? – AQC rəsmisi AÇIQLADI
Növbəti xəbər yüklənir...