İqtisadi Şuranın növbəti iclası keçirilib

 

Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir.

İclasda antiinflyasiya tədbirlərinin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və ixrac üzrə aqrar sahənin inkişaf hədəfləri, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarından irəli gələrək “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategi¬yası”nın dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilməsi və büdcə qaydasının parametrlərinin müəyyən edilməsi barədə məsələlər geniş müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin, Mərkəzi Bankın sədri Elman Rüstəmovun, kənd təsərrüfatı naziri İnam Kərimovun, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, həmçinin digər dövlət komitələri və qurumlarının rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə