İran 3 ölkə ilə sərhədlərini açır
İran Türkmənistan, Özbəkistan və Əfqanıstanla sərhədlərini açır.
Bu barədə İranın Türkmənistandakı səfiri Qulaməli Ərbab Xalis bildirilb. Onun sözlərinə görə, koronavirus səbəbindən 2 aydan çoxdur ki, bağlanan sərhədlər iyun ayının 1-dən həm yük və həm də sərnişin daşımaları üçün açılacaq.
Səfir deyib ki, sərhədlərin açılması üçün son bir neçə həftədə Türkmənistan və Özbəkistan rəsmiləri ilə müzakirələr aparılıb. Ötən gün bu məqsədlə 3 ölkənin dəmir yollları idarə rəhbərlərinin görüşü keçirilib. Qərara alınıb ki, İncəburun, Sərəxs və Lütfabad sərhədləri tranzit və gediş-gəliş üçün açılsın. (APA)
Əlaqəli xəbərlər
-
Zelenski Krım körpüsünün tam dağıdılmasını istəyir - Ukrayna yeni hücum hazırlayır
-
İran 3 yeni mini PUA-larını təqdim etdi -FOTO
-
Şimali Koreya Rusiyaya hərbi dəstəyi dayandırdı - Kim Çen In Putinə niyə narazıdır?
-
Ukraynanın dəniz hücumları Avropada narazılıq yaratdı – İtaliya və Almaniyadan xəbərdarlıq
Növbəti xəbər yüklənir...