İran XİN başçısı:“ABŞ əlindən gələni edir ki, regionda sabitliyi pozsun”

“İran ABŞ-ın Suriyaya göstərdiyi iqtisadi təzyiqdən narahatdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə bildirib.

“Biz Suriyadakı siyasi və iqtisadi vəziyyətin inkişafından və ABŞ-ın Suriyaya iqtisadi təzyiq göstərməsindən narahatıq. Bu təzyiq sadə insanlara təsir edir. ABŞ əlindən gələni edir ki, bizim regionda və Suriyada sabitliyi pozsun. Lakin onlar öz məqsədlərinə çatmayacaq”, – deyə İran XİN başçısı vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir