İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Bəsic” Müqavimət Qüvvələrinin komandiri öldürülüb. APA-nın xəbərinə görə, bu barədə “Gənc jurnalistlər klubu” agentliyi məlumat yayıb. Bildirilib ki, “Bəsic”in komandiri bu gün ölkənin cənub-şərqində, Xuzistan vilayətində yaşadığı evdə naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.