“İşğalçı Ermənistan ordusunun məkrli niyyəti baş tutmadı” –MİLLİ MƏCLİSİN SƏDRİ

“İşğalçı Ermənistan ordusunun məkrli niyyəti baş tutmadı. Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatının qarşısını qətiyyətlə aldı və bir daha sübut etdi ki, ölkəmizin suverenliyi, ərazi bütövlüyü, sərhədləri toxunulmazdır və müzakirə mövzusu deyil”.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Tovuz istiqamətində sərhəd zonasında törədilən erməni təxribatı ilə bağlı “Facebook” hesabında paylaşımında bildirib.

S. Qafarova qeyd edib ki, Azərbaycan əsgəri öz şücaəti ilə düşmənin istənilən həmləsinin qarşısını almağa qadirdir: “Vətən uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr, yaralananlara şəfa diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri əks həmlə tədbirləri görülür” –

Sonrakı məqalə

Minsk Qrupu Tovuzdakı son toqquşmalarla bağlı bəyanat yaydı