“İşğaldan azad olunan ərazilərdə 1,5 milyon mina olduğu ehtimal edilir.”
Bunu Azərbaycanda mina qurbanlarına həsr olunmuş dəyirmi masada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə rəisi Ramil Əzizov deyib.
O bildirib ki, təmizlənmiş ərazilərdən 161 min mina aşkarlanıb. “Bu, beynəlxalq problemdir. Düşünürəm ki, növbəti illərdə minadan təmizləmə aktual məsələ olaraq qalacaq”, – deyə o əlavə edib.