İsrail HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəsin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib. AzPost APA-ya istinadla xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.
İsrail Həbsxanalar Xidmətinin məlumatına görə, fələstinli məhbusu yanvarın 19-da azad edilən üç israilli girovun müqabilində azad edilib.
Xatırladaq ki, HƏMAS 3 israilli qadın girovu – Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edib.
Grovlar Qəzzada Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib.
Qeyd edək ki, Qəzzada atəşkəsə dair razılaşma bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ə təxirə salınıb. HƏMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim etməyib. İsrail Baş naziri Binyamin Netanyahu Orduya HƏMAS-a zərbələri davam etdirmək göstərişi verib. Siyahının texniki səbəblərdən gecikdiyini açıqlayan HAMAS-ın siyahını təqdim etməsindən sonra saat 11.15-də Qəzza zolağında atəşkəs qüvvəyə minib.
Bildirək ki, ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.
Bəyanat Ağ Evin rəsmi saytında dərc olunub.
Bayden bildirib ki, tərəflər arasında atəşkəsə ölkəsinin həyata keçirdiyi intensiv diplomatiya nəticəsində nail olunub.
Sənədə əsasən, əldə edilən razılaşma Qəzzada hərbi əməliyyatların dayandırılmasına və bölgədə yaşayan fələstinli dinc əhaliyə zəruri humanitar yardımların çatdırılmasına və 15 aydan çoxdur girovluqda saxlanılan şəxslərin öz ailələrinə qovuşmasına şərait yaradacaq.
Ağ Ev rəhbəri xatırladıb ki, 2024-cü il mayın 31-də açıqlanan plan BMT-nin Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilib.