İsrail müdafiə nazirnin Azərbaycan səfəri başa çatıb

İsrail müdafiə nazir Yoav Qallantın Azərbaycan səfəri başa çatıb.

Bununla bağlı İsrail müdafiə naziri “Twitter” hesabında bildirib.

“Azərbaycana məhsuldar səfərimi yenicə başa vurdum. Burada Azərbaycan Prezidenti İlham Əliyev, həmkarım, nazir general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşlər keçirdim. Biz müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, – nazir Qallant qeyd edib.

Əvvəlki məqalə

Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin görüşünə qatılacaq

Sonrakı məqalə

Həbs edilən Vitali Balasanyan möhkəm döyülüb, çoxlu travma alıb