“Kölgə iqtisadiyyatı”ilə mübarizə Gömrük Komitəsinin gəlirlərini artırıb - RƏQƏMLƏR
Ötən il Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4408,6 milyon manat daxil olub.
Azpost.info bildirir ki, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib. Bu o deməkdir ki, proqnozdan 706,6 milyon manat (19,1 faiz) çox icra olunub.
2018-ci illə müqayisədə isə 974,6 milyon manat və ya 28,4 faiz çox daxilolmalar təmin olunub. Artımın əsas səbəbi qeyri-neft sektoru üzrə idxalın 21,9 faiz artması, gömrük sistemində “Yaşıl dəhliz”in tətbiqi, kölgə iqtisadiyyatı ilə bağlı mübarizə və risklərin idarə edilməsi mərkəzi tərəfindən məlumatların əvvəlcədən sistemə ötürülməsi ilə şəffaflığın təmin olunması, ixracatçı ölkələrdən məlumatların sistemə daxil olması ilə idxalçılar tərəfindən süni qiymət azalmalarının qarşısının alınması hesabına olub.
Əlaqəli xəbərlər
-
Dəmir yolu tikən şirkət Neftçalada balıq zavodu aldı - 10 milyon manat yatıracaq, sahibi kimdir?
-
Türkiyə Rusiyadan daha 3 il qaz alacaq – Yeni razılaşma imzalandı
-
Şirkətin pullarını oğurlayıb “TikTok”da hədiyyələrə xərclədi - Həbs olundu
-
Əmlak bazarında 30-40%-lik qiymət uçurumu niyə yaranıb? – AQC rəsmisi AÇIQLADI
Növbəti xəbər yüklənir...