Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş məhdudiyyəti aradan qaldırılıb

Parlamentdə “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

Qanun layihəsi Milli Məclisin iyulun 14-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən Qanunun 4 maddəsinə dəyişiklik edilməsi təklif olunur. Dəyişikliklər mövcud normaların qanunvericilik sisteminə uyğunlaşdırılması və təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qanunun 11-ci maddəsinə təklif olunan dəyişiklik Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyətin aradan qaldırılmasını, 32-ci və 34-cü maddələrə dair dəyişikliklər Konstitusiya Məhkəməsi tərəfindən sorğu və şikayətlərə baxılması şərtlərinin dəqiqləşdirilməsini, 35-ci maddəyə təklif olunan dəyişiklik isə Konstitusiya Məhkəməsinə verilən sorğu, müraciət və şikayətlərə qoşulan sənədlərin siyahısına sorğu və müraciətlərlə əlaqədar şərh edilməsi xahiş olunan normativ hüquqi aktın surətinin əlavə edilməsini nəzərdə tutur.

Əvvəlki məqalə

Hakan Fidan və Entoni Blinken görüşüb

Sonrakı məqalə

Deputat Hacı Madər vəfat edib