Koronavirusun olmadığı tək qitə - Antarktida virus niyə yoxdur?
Dünyanın ən soyuq yeri olan Antarktida koronavirus pandemiyası dövründə həm də ən təhlükəsiz yerə çevrilib. Çoxu araşdırmaçı olan 5 min insanın yaşadığı qitədə indiyə qədər bircə dənə də olsun yoluxma faktı qeydə alınmayıb.
"Covid-19" infeksiyası yayılmağa başlayanda kruiz gəmilərinin bu bölgəyə səfərləri bitmək üzrə olduğu üçün virus donmuş qayalar məskəninə gəlib çatmadı. Az sonra qitədə qış fəsli başladı və dünyayla əlaqə tamamilə kəsildi.
Pinqvin, suiti və albatroslardan başqa heç bir canlının olmadı qitədə araşdırmaçılar 80-ə yaxın bazada yaşayırlar.
"Elə bil, ayda yaşayırıq"
ABŞ-ın Anvers adasındakı "Palmer" stansiyasının koordinatoru Keri Nelson onlardan biridir: "Məncə, burda olduğu üçün özünü xoşbəxt hiss etməyən bircə nəfər də yoxdur. Düzdür, bəziləri evlərinə qayıdıb sevdiklərinə kömək etmək, tarixin bu dönəmində insanlara başqa şəkildə yardım etmək istəyirlər. Ancaq hamımız həm xəstəliyin, həm də onun sağlamlığa və həyat tərzinə təsir edən nəticələrinin olmadığı bir yerdə yaşamaqdan məmnunuq" - Nelson CNN televiziyasına müsahibəsində belə deyib.
2007-ci ildən bəri yaz və qış mövsümlərini Antarktidada işləyən Nelson qeyd edir ki, dünyadan təcrid olunmuş halda yaşamalarına baxmayaraq baş verənləri diqqətlə izləyirlər.
Britaniyanın "Rothera" stansiyasının rəhbəri, 29 yaşlı Şotlandiya vətəndaşı Robert Taylor isə deyir ki, yanvar ayının əvvəllərində - Çindən virusla bağlı xəbərlər gəlməyə başlayanda vəziyyətin ciddiliyinin fərqinə varmayıblar:
"Ailəmdən, xüsuslə də nənəmdən narahatam. Sanki Aydayıq və dünyaya yuxarıdan baxırıq. Nələr olduğunu görə bilirik, amma çox uzaqdayıq".
Əlaqəli xəbərlər
-
Zelenski Krım körpüsünün tam dağıdılmasını istəyir - Ukrayna yeni hücum hazırlayır
-
İran 3 yeni mini PUA-larını təqdim etdi -FOTO
-
Şimali Koreya Rusiyaya hərbi dəstəyi dayandırdı - Kim Çen In Putinə niyə narazıdır?
-
Ukraynanın dəniz hücumları Avropada narazılıq yaratdı – İtaliya və Almaniyadan xəbərdarlıq
Növbəti xəbər yüklənir...