Uels şahzadəsi Keyt Middlton Britaniya kralı III Çarlz ilə gizli görüşür. Onlar şəhzadənin gələcək taxta çıxmasını müzakirə edirlər.
AzPost xəbər verir ki, bu barədə RadarOnline məlumat yayıb. Bildirilir ki, Middleton Böyük Britaniya kraliçası rolunu öz üzərinə götürməyə hazırlaşarkən III Çarlzla sıx əməkdaşlıq edir. Mənbənin sözlərinə görə, xərçəng xəstəliyinə tutulmuş monarx təkcə böyük oğlu Şahzadə Uilyamla deyil, Uels şahzadəsi ilə də görüşlər keçirir.
“Xərçənglə eyni vaxtda mübarizə Keyt və Çarlzı bir-birinə daha da yaxınlaşdırdı. Dünya onu kral kimi görsə də, Keyt Çarlzı sərsəm yumor hissi olan bir oğlan kimi tanıyır” – deyə RadarOnline yazır.