Kraliçanın vəfatı ilə əlaqədar Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib

Böyük Britaniya Kraliçası II Elizabetin vəfatı ilə əlaqədar Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib.

Bu barədə Britaniya səfirliyindən bildirilib.

Qeyd olunub ki, Kraliçanın vəfatı ilə əlaqədar həm səfirin iqamətgahında həm də səfirlikdə bayraqlar endirilib.

Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould da bununla bağlı “Twitter” hesabında paylaşım edib.

Xatırladaq ki, Kraliça II Elizabet sentyabrın 8-də vəfat edib.

Əvvəlki məqalə

Bu günə olan rəsmi valyuta məzənnələri

Sonrakı məqalə

“Azərbaycanın 5 erməni hərbçisini təhvil verməsini alqışlayırıq”