Kris Rok “Oskar”dakı insident barədə ilk dəfə danışdı

Amerikalı aktyor və komediya ustası Kris Rok “Oskar” mərasimindəki insidentlə bağlı ilk dəfə açıqlama verib.

Azpost.info xəbər verir ki, Rok bu barədə Bostonda keçirdiyi stand-up şousunda danışıb. “Həftə sonu necə keçdi? Mənim bir qucaq pis şərhim yoxdur. Bu barədə eşitmək üçün buradasınızsa, deyim ki, sizə hazırladığım böyük bir şoum var. Mən hələ də baş verənləri təhlil etməyə çalışıram. Odur ki, nə vaxtsa bu pislik haqqında danışacam. Bu, ciddi və gülməli olacaq”. Bundan sonra onun pərəstişkarlarından bəziləri “Uil Smit cəhənnəm olsun!” şüarları səsləndirməyə başlayıblar. Lakin Kris Rok buna məhəl qoymadan çıxışına başlayıb.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda 14 federasiyanın fəaliyyəti dayandırılıb

Sonrakı məqalə

Aprel ayının ilk gününün hava proqnozu