Kuba qaranlığa qərq oldu –Bütün elektrik şəbəkəsi çöküb /FOTO

Kubada əsas istilik elektrik stansiyasının (İES) fəaliyyətinin dayanması nəticəsində ölkə bütünlüklə qaranlığa qərq olub.

“Figaro” qəzeti xəbər verir ki, ölkənin əsas stansiyasının dayanması bütün elektrik şəbəkəsinin çökməsi ilə nəticələnib. Yalnız şəxsi generatoru olanlar elektrikdən istifadə edə bilir. Enerji Nazirliyi bütün ölkə üzrə elektrik olmadığını bildirib.

Bir neçə gün əvvəl hökumət enerji böhranının qarşısını almaq üçün dövlət müəssisələrində iş saatlarını qısaldıb. Bununla belə, bəzi ərazilərdə enerji təchizatında fasilə 20 saata çatır.

Kubanın enerji təchizatı 8 İES vasitəsi ilə həyata keçirilir. ABŞ embarqosu bir tərəfdən stansiyalar üçün yanacaq almağa, digər tərəfdən stansiyaları yeniləməyə imkan vermir. 70-ci illərdə SSRİ-nin verdiyi avadanlıqlar tez-tez sıradan çıxdığı üçün stansiyalar vaxtaşırı təmirə dayanır.

Əvvəlki məqalə

Dərsdən tez çıxmaq istəyən şagird məktəbi yandırdı

Sonrakı məqalə

Ayaq üstə işləmək sağlamlığa zərər verə bilər –