“Laboratory of Art” gənc yazarların hekayələrindən ibarət kitabı təqdim edib

26 iyun 2022-ci il tarixində ”Bookzone” kitab evində, “Laboratory of Art” incəsənət platforması özünün ilk brendbuk tərzli, həvəskar yazarların seçilmiş hekayələrindən ibarət “Qələmimizdən qəlbinizə” adlı kitabını təqdim edib.

Kitabda 8 müəllifdən müxtəlif janrda hekayələr, cəmlənib.

Qeyd olunan layihənin ideya müəllifi ölkəmizin müasir ədəbiyyatında ilk qorxu janrının yazarı Fərid Nəsibzadədir. “Komandamızla bu dəfə fərqli layihə hazırlamışıq. 7 aydan çox davam edən bu layihəni ortaya çıxarmaqda məqsəd, ədəbiyyatımıza tövhə vermək, yeni qələm sahiblərini oxucularla tanış etməkdir. Məsələnin, ən maraqlı tərəfi isə layihəmizdə iştirak edən yazarlar ilk dəfədir kitabda çap olunurlar. Düşündük ki, istedadların işlərini rəsmiləşdirək. Hazırda şairlərimiz üçün də “Laboratory of Art” brendi altında yeni kitab layihəsini başlatmışıq və ilk fürsətdə də onu təqdim edəcəyik.”- deyə Nəsibzadə bildirib.

Qeyd edək ki, layihənin çap tərəfdaşı “Bookzone Group”-dur.

 

 

 

Əvvəlki məqalə

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb –

Sonrakı məqalə

“Ronaldonu buraxmayacağıq”