“Lukoyl” “Petronas” şirkətinin “Şahdəniz”dəki payını aldı –AÇIQLAMA

Rusiyanın “Lukoil” şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” layihəsində Malayziyanın “Petronas” şirkətindən aldığı pay üzrə sövdələşməni başa çatdırıb.

Şirkətin yaydığı məlumatda deyilir ki, yeni sazişlərə uyğun olaraq, “Lukoil” “Petronas”dan aldığı 9,99% payın dəyəri 1,45 mlrd. dollar təşkil edib.

Xatırladaq ki, 2021-ci ilin dekabrında “Lukoil” şirkəti “Şahdəniz” layihəsində Malayziyanın “Petronas” şirkətindən bu ilin oktyabrında imzalanan payın alınmasına dair sazişə düzəlişlərin imzalandığını elan edib. Yeni sazişlərə uyğun olaraq, “Lukoil”un “Şahdəniz”də alacağı payı 15,5%-dən 9,99%-ə, əməliyyat məbləği isə proporsional olaraq 2,25 mlrd. ABŞ dollarından 1,45 mlrd. dollara endirilib. Bu dəyişikliklərin imzalanması “Şahdəniz” layihəsi üzrə tərəfdaşlarla üstünlük hüquqlarının həyata keçirilməsinə dair danışıqların nəticəsi olub.

Qeyd edək ki, BP özünün əməliyyatçısı olduğu “Şahdəniz” yatağı üzrə “Petronas” şirkətindən 1,16% iştirak payını 168 mln. dollar məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ “Petronas” tərəfindən öncə elan edilmiş “Şahdəniz” üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə BP-nin “Şahdəniz”dəki ümumi iştirak payı 29,99% təşkil edəcək və BP yatağın operatoru olaraq qalacaq.

Bundan başqa, SOCAR da “Petronas”a məxsus olan 4,35%-lik iştirak payını alıb. Bununla da SOCAR-ın “Şahdəniz”də birbaşa iştirak payı 14,35%-ə yüksəlib.

Xatırladaq ki, ilin oktyabr ayında “Petronas” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında payının satışı ilə bağlı təklifini bütün layihə iştirakçılarına təqdim edib.

“Şahdəniz” layihəsində həmçinin AzSD, “SGC Upstream”, NICO və TPAO şirkətləri iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Slavyan Universitetinə yeni rektor təyin edildi –

Sonrakı məqalə

Bayden bu gün 7 ölkənin lideri ilə Ukraynanı müzakirə edəcək