Məşhur sovet kino aktyoru Leonid Kuravlyov ölümündən xeyli əvvəl vəsiyyətnamə tərtib edib.
Azpost.info bildirir ki, bu barədə onun yaxın ətrafı “Komsomolskaya pravda”ya deyib.
Nəşr vəsiyyətnamənin detallarını öyrənə bilib. Moskvanın mərkəzində 82 milyon rubla olan 5 otaqlı mənzil və 10 milyon rubldan çox qiyməti olan bağı övladları arasında bərabər bölüb.
Bundan başqa mərhumun bank hesabında pulları da qalıb. Bu pullar onun 44 yaşlı oğlu Vasili və 59 yaşlı qızı Yekatrina arasında tən bölünəcək. Vasili universitet müəllimidir, Yekatrina isə psixoterapevtdir.
Xalq artisti 30 yanvar tarixində 86 yaşında vəfat edib.