Mədəniyyət naziri saxlanıldı

Həbs
Həbs

Rusiyanın Başqırdıstan Respublikasında yüksək vəzifəli şəxs saxlanılıb. AzPost.az xəbər verir ki, hüquq-mühafizə orqanları regionun mədəniyyət naziri Amina Şafikovanın saxlanıldığını açıqlayıb.

Qurumun yaydığı qısa məlumatda yalnız onun saxlanıldığı təsdiqlənib, hadisənin detalları açıqlanmayıb. Respublikanın Mədəniyyət Nazirliyində isə məsələ ilə bağlı şərh verməkdən imtina olunub.

Qeyd olunur ki, Şafikova bu vəzifəni 2012-ci ildən tuturdu və uzun müddətdir regional mədəniyyət siyasətinə rəhbərlik edən əsas şəxslərdən biri sayılırdı.

Bundan əvvəl də Başqırdıstanda bir sıra vəzifəli şəxslərlə bağlı hüquqi araşdırmalar aparılıb. Məlumata görə, Mələüz rayon administrasiyası rəhbərinin keçmiş müavininə məxsus 13 mənzil və iki avtomobil məhkəmə qərarı ilə müsadirə olunub. Hüquq-mühafizə orqanları həmin əmlakın qanuni yolla əldə olunduğunu təsdiqləyə bilməyib və dəyərinin 44 milyon rubldan çox olduğu bildirilib.

Həmçinin Ufa şəhərində mədəni layihələr qurumuna rəhbərlik edən sahibkar və dövlət konsert zalının direktoru da saxlanılan şəxslər arasında olub.

Hazırda Amina Şafikovanın hansı iş üzrə saxlanıldığı və ona qarşı ittiham irəli sürülüb-sürülmədiyi açıqlanmır. Araşdırma davam edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.