Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı - Dövlət büdcəsi müzakirə olunacaq
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 12-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
“Report” xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 7 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
2. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
4. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
Əlaqəli xəbərlər
-
26 ziyalı Prezident İlham Əliyevə müraciət etdi - 2027-ci il “Azərbaycan dili ili” elan edilsin
-
Əli Əsədovun 70 yaşı tamam olur - “Şərəf” ordeni ilə təltif edildi / SƏRƏNCAM
-
İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
-
Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycan nümayəndələri ilə görüşüb
Növbəti xəbər yüklənir...