Mingəçevirdə intihar hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Kür çayının sağ sahil hissəsində yerləşən fərdi təsərrüfatlardan birində qeydə alınıb. 1962-ci il təvəllüdlü şəhər sakini Xalid Baba oğlu İsmayılov yaşadığı evdə asılmış vəziyyətdə aşkar edilib. Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.