Monqolustan hökuməti geniş yayılmaqda olan koronavirusla əlaqədar Çin sərhədini bağladığını elan edib. Trend-in məlumatına görə, sərhəd qeyri-müəyyən müddətə bağlı qalacaq. Bundan başqa, hökumətin bugünkü iclasında ölkə ərazisində məktəb və universitetlərdə dərslərin dayandırılması qərara alınıb. Təhsil mərkəzləri martın 2-dək bağlı qalacaq.