Moskvada koronavirusdan ölənlərin sayı 816-ya çatdı
Son bir gündə Moskvada pnevmaniya və koronavirusla bağlı testin müsbət nəticə verdiyi 52 pasiyent ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusla bağlı vəziyyətə Nəzarət və Profilaktika üzrə Operativ Qərargahı bildirib.
Bununla da Moskvada koronavirusdan ölənlərin sayı 816 nəfərə çatıb.
Rusiyada ümumilikdə COVID-19-a 145 mindən çox yoluxma halı qeydə alınıb, 1300-dən çox pasiyent ölüb, təxminən 18 min xəstə sağalıb.
Ölkədə koronavirusa ən çox yoluxma Moskvada aşkarlanıb. Paytaxtda ümumilikdə 75 minə yaxın insan COVID-19-a yoluxub.
Əlaqəli xəbərlər
-
Zelenski Krım körpüsünün tam dağıdılmasını istəyir - Ukrayna yeni hücum hazırlayır
-
İran 3 yeni mini PUA-larını təqdim etdi -FOTO
-
Şimali Koreya Rusiyaya hərbi dəstəyi dayandırdı - Kim Çen In Putinə niyə narazıdır?
-
Ukraynanın dəniz hücumları Avropada narazılıq yaratdı – İtaliya və Almaniyadan xəbərdarlıq
Növbəti xəbər yüklənir...