Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüş başa çatıb.

 “RİA Novosti”-nin verdiyi məlumata görə, görüş 4 saatadək davam edib.

Hər üç lider Qarabağda infrastruktur layihələrinin inkişafı ilə bağlı Bəyanat imzalayıb. Putin İlham Əliyev və Paşinyanla aparılmış danışıqları mühüm və səmərəli adlandırıb.