Müdafiə naziri Zakir Həsənov Moskvaya gedib - MDB müdafiə nazirləri Şurasının iclası başlanır
Azərbaycanın müdafiə naziri general polkovnik Zakir Həsənov Rusiya paytaxtına səfərə gəlib.
Səfərin məqsədi MDB və Şanxay əməkdaşlıq təşkilatı müdafiə nazirləri Şurasının iclasında iştirak etməkdir. Sentyabrın 5-də isə Azərbaycan müdafiə naziri "Tank biatlonu" Ordu Idman oyunlarının final mərhələsini izləyəcək.
Qeyd edək ki, MDB və Şanxay əməkdaşlıq təşkilatı müdafiə nazirləri Şurasının iclası Moskva vilayətinin Kubinka rayonunda yerləşən "Park Patriot" mərkəzində baş tutacaq. Eyni gündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdafiə nazirləri Şurasının iclası keçiriləcək.(APA)
Əlaqəli xəbərlər
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
-
Yeni iş yerlərinin 84 faizi Bakı və Abşeronda yaradılıb – Regionlarda niyə iş yoxdur? / TƏHLİL
-
Bakıda ev almaq, yoxsa kirayədə qalmaq sərfəlidir? – 6 rayonun qiymətlərini müqayisə etdik / ANALİZ
Növbəti xəbər yüklənir...