Müdafiə Nazirliyi cəbhədə yaranmış vəziyyətlə bağlı bəyanat yaydı:"Düşmənə qarşı cavab tədbirləri davam edir" (MÜDAFİƏ NAZİRLİYİ)

İyulun 12-dən başlayaraq düşmən Tovuz istiqamətində vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Bunu Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Müdafiə Nazirliyi yaranmış vəziyyətlə əlaqədar bəyanat yayır.

Bəyanatda deyilir: “Hazırda ön xətdə şiddətli döyüşlər gedir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı ön xətdə olan general-mayor Polad Həşimov və digər hərbi qulluqçular qəhrəmancasına şəhid olublar. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə komandanlıq tərəfindən görülmüş cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqələri, dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib. Qarşı tərəf həmişə olduğu kimi cəbhədə vəziyyəti gərginləşdirdikdə yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Yaşayış məntəqələrindəki mülki əhalini basqı altında saxlamağa cəhd göstərir. Azərbaycan xalqı bilsin ki, ordumuzun bu istiqamətdə olan bölmələri düşmənin hücumunun qarşısını almağa qadirdir və hazırdır. Bu istiqamətdə hazırda tədbirlər həyata keçirilir. Düşmənin dərinliyindəki atəş mövqeləri zərərsizləşdirilib və ehtiyatları vurulub. Hazırda vəziyyət gərgin olaraq qalır. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Xalqımızı əmin etmək istəyirik ki, Azərbaycan Ordusunun şəxsi heyəti Ali Baş Komandanın verəcəyi hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir. Həmişə olduğu kimi ordumuz müzəffər yürüşünü davam etdirəcək və onun böyük ruh yüksəkliyi ilə düşmənin başını əzməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam etdiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

KTMT-dən Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı

Sonrakı məqalə

Kremldən Tovuz döyüşlərinə reaksiya gəldi, Putinin katibi bəyanat verdi: