Müslüm Maqomayevin heç vaxt göstərilməyən konserti –Almaniya TV-sının 1973-cü ilə aid unikal görüntüləri (VİDEO)

Azərbaycanın korifey sənətkarı, SSRİ xalq artisti Müslüm Maqomayevin indiyə qədər nümayiş olunmayan konsert kadrları üzə çıxıb. 

Azpost.info bildirir ki, 1973-cü ildə Almaniya Federativ Respublikasında qastrolda olan Müslüm Maqomyev ZDF telekanalında canlı yayımda çıxış edib. Korifey sənətkarımızı Münxendə məşhur alman musqiçisi Maks Gregerin orkestrei müşayiət edib.

M.Maqomayev həmin proqramda 3 mahnı ifa edib. “Help yourself”, “Non pensare a me” və “Kapitan Qrantın uşaqları” filmindən Robertin mahnısı” oxunub.

Konsert iştirakçıları M.Maqomayevi gur alqışlarla qarşılayır. Proqramın aparıcısı Azərbaycan, Bakı haqqında suallar verir, Müslüm isə Sovet İttifaqının cənub ərazilərində yaşayan azərbaycanlıları “SSRİ-nin italiyanları” adlandırır.

Bu konsertin videoyazısı heç vaxt nümayiş olunmayıb.

Dünən M.Maqomayevin 80 yaşı tamam olub.

Azpost.info həmin videonu oxucularına tədim edir.

Əvvəlki məqalə

Ərdoğan əsrlərin qaytarılması məsələsini Putinlə müzakirə edəcək

Sonrakı məqalə

Zelenski Putinlə görüşünün şərtini açıqladı