NATO Rusiyanın mümkün hibrid hücumlarına cavab strategiyası hazırlayır

NATO Rusiyanın mümkün dağıdıcı “hibrid hücumlarına” cavab strategiyası hazırlayır.

Bu barədə NATO baş katibinin köməkçisi Ceyms Appaturay “Sky News“ telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, son illər NATO-ya üzv ölkələr kritik infrastruktura hücumların sayının artması ilə üzləşiblər ki, bu da kəşfiyyat məlumatlarına görə, Rusiya mənşəli ola bilər.

Appaturay vurğulayıb ki, hücumlardan birinin əhəmiyyətli insan tələfatı və ya ciddi iqtisadi ziyana səbəb ola biləcəyinə dair real risk var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.