NATO Rusiyanın mümkün dağıdıcı hibrid hücumlarına cavab strategiyası hazırlayır və bu strategiyaya hərbi tədbirlər də daxildir.
Azpost.info xəbər verir ki, bu barədə NATO Baş katibinin köməkçisi Ceyms Appaturay bildirib.
Onun sözlərinə görə, son illər NATO-ya üzv ölkələr kritik infrastruktura qarşı hücumların sayının artması ilə üzləşiblər ki, bunun arxasında Moskva ola bilər.
“Məni həqiqətən narahat edən bu hücumlardan birinin daha böyük bir şeyə səbəb ola biləcəyidir. Bu hücumlardan birinin xeyli sayda itki ilə nəticələnəcəyi və ya çox əhəmiyyətli iqtisadi ziyana səbəb olacağı real perspektivi var. Məhz buna görə də biz bunu araşdıracağıq”, – NATO yetkilisi deyb.
Azpost.info